"Azərbaycan Sənaye Sığorta" ötən ili zərərlə başa vurub

Maliyyə
  • 28 mart, 2023
  • 05:11
Azərbaycan Sənaye Sığorta ötən ili zərərlə başa vurub

"Azərbaycan Sənaye Sığorta" ASC (ASS) 2022-ci ili 2,476 milyon manat zərərlə başa vurub. Halbuki, şirkət 2021-ci ildən 1,984 milyon manat xalis mənfəətlə çıxmışdı.

"Report" xəbər verir ki, ötən il ASS-nin gəlirləri 10,051 milyon manat (əvvəlki ilə nisbətən 24,4 % az), xərcləri isə 12,527 milyon manat (15,8 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə ASS-nin aktivləri 42,52 milyon manat olub ki, bu da illik müqayisədə 2,05 dəfə çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 4,4 dəfə artaraq 33,988 milyon manata çatıb, balans kapitalı isə 34,4 % azalaraq 8,532 milyon manata düşüb.

Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb, 1996-cı ildən bazara daxil olmuş "Cİ Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 95%-i "Anadolu İnvestment Company" MMC-yə, 5%-i isə "Azərbaycan Sənaye Bankı" ASC-yə məxsusdur.