"Azərbaycan Sənaye Sığorta" ötən ili mənfəətlə başa vurub

Maliyyə
  • 01 fevral, 2017
  • 06:04
Azərbaycan Sənaye Sığorta ötən ili mənfəətlə başa vurub

Bakı. 1 fevral. REPORT.AZ/ "Azərbaycan Sənaye Sığorta" (ASS) ASC 2016-cı ili 2 292 438 manat ümumi mənfəətlə başa vurub.

"Report" xəbər verir ki, bu barədə Şirkətin açıqlamasında bildirilir.

Məlumata görə, ötən il ASS 6 395 698 manat sığorta haqqı toplayıb və bunun 50,51%-i qədər sığorta ödənişi həyata keçirib. Hesabat ilində Şirkətin kənd təsərrüfatı sığortası üzrə daxilolmaları 50%, könüllü tibbi sığorta üzrə yığımları isə 2 dəfə yüksəlib.

Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb, 1996-cı ildən bazara daxil olmuş "Cİ Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 200 manat olan 5 000 səhm əsasında formalaşıb. Səhmlərin 75%-i "Anadolu İnvestment Kompani" MMC-yə, 25%-i isə "Azərbaycan Sənaye Bankı" ASC-yə məxsusdur.

44 - Tezliklə