"Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək

Maliyyə
  • 14 fevral, 2023
  • 12:48
Azərbaycan Sənaye Sığortanın səhmdarlarının yığıncağı keçiriləcək

Martın 17-si, saat 11:00-da "Azərbaycan Sənaye Sığorta" ASC-nin (ASS) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 122 ("Gümüş Plaza") ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə qurumun 2022-ci ilin yekununa aid müstəqil auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatlarına münasibət və digər məsələlər daxildir.

Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən bazara daxil olmuş "Cİ Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamnamə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 95 %-i "Anadolu İnvestment Company" MMC-yə, 5 %-i isə "Azərbaycan Sənaye Bankı" ASC-yə məxsusdur.

44 - Tezliklə