"Azərbaycan Sənaye Sığorta"nın xalis mənfəəti cüzi azalıb
- 04 mart, 2022
- 05:07
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycan Sənaye Sığorta" ASC (ASS) 2021-ci ili 1,984 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 0,7 % azdır.
Ötən il ASS-nin gəlirləri 13,301 milyon manat (əvvəlki ilə nisbətən 43,8 % çox), xərcləri 10,821 milyon manat (60,2% çox), mənfəət vergisi ödəmələri isə 496 min manat (0,7% az) təşkil edib.
Bu il yanvarın 1-nə ASS-nin aktivləri 20,739 milyon manat olub ki, bu da illik müqayisədə 1,8% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 9,1 % artaraq 7,73 milyon manata çatıb, balans kapitalı isə 7,3% azalaraq 13,008 milyon manata düşüb.
Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb, 1996-cı ildən bazara daxil olmuş "Cİ Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 95%-i "Anadolu İnvestment Company" MMC-yə, 5%-i isə "Azərbaycan Sənaye Bankı" ASC-yə məxsusdur.