“Azərbaycan Sənaye Sığorta”nın xalis mənfəəti 92% azalıb

Maliyyə
  • 31 mart, 2018
  • 05:00
“Azərbaycan Sənaye Sığorta”nın xalis mənfəəti 92% azalıb

Bakı. 31 mart. REPORT.AZ/ “Azərbaycan Sənaye Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 22,288 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2,8% azdır.

2017-ci ildə “Azərbaycan Sənaye Sığorta”nın cəmi öhdəlikləri 11,9% azalaraq 5,594 mln. manata düşüb, cəmi kapitalı isə 0,7% artaraq 16,694 mln. manata çatıb.

Ötən il “Azərbaycan Sənaye Sığorta”nın gəlirləri 10,177 mln. manat (əvvəlki ilə nisbətən 4,9% az), xərcləri isə 10,036 mln. manat (17,5% çox) təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 141 min manat olub ki, bu da illik müqayisədə 93,5% azdır.

2017-ci ildə “Azərbaycan Sənaye Sığorta” mənfəət vergisi ödəməyib və ili 141 min manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 91,9% azdır. 

44 filmi