"Azərbaycan Sənaye Sığorta"nın xalis mənfəəti 64 %-ə yaxın azalıb
- 25 mart, 2025
- 12:49
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycan Sənaye Sığorta" ASC (ASS) 2024-cü ili 1,297 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 63,8 % azdır.
Ötən il ASS-nin gəlirləri 26,85 milyon manat (əvvəlki ilə nisbətən 41,4 % az), xərcləri 25,229 milyon manat (39,9% az), mənfəət vergisi ödəmələri isə 324 min manat (16 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə ASS-nin aktivləri 30,697 milyon manat olub ki, bu da illik müqayisədə 13 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 21,5 % artaraq 18,282 milyon manata, balans kapitalı isə 2,5 % artaraq 12,415 milyon manata çatıb.
Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb, 1996-cı ildən bazara daxil olmuş "Cİ Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 95%-i "Anadolu İnvestment Company" MMC-yə, 5%-i isə "Azərbaycan Sənaye Bankı" ASC-yə məxsusdur.