"Azərbaycan Sənaye Bankı" maliyyə vəziyyətini açıqlayıb
- 16 yanvar, 2025
- 05:21
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycan Sənaye Bankı" ASC (ASB) 2024-cü ili 6,45 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 26 % çoxdur.
Ötən il ASB-nin gəlirləri 51,812 milyon manat (illik müqayisədə 13,9 % çox), xərcləri 44,088 milyon manat (12,3 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 340 min manat (93,2 % çox), mənfəət vergisi ödəmələri isə 1,615 milyon manat (23,3 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə ASB-nin aktivləri 779,25 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4 % çoxdur. Bunun 290,752 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 15,8 % böyüyüb.
Hesabat dövründə ASB-nin öhdəlikləri 3,7 % artaraq 658,376 milyon manat, o cümlədən depozit portfeli 1,6 % artaraq 465,91 milyon manat, balans kapitalı isə 5,7 % artaraq 120,874 milyon manat olub.
Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i "Anadolu Investment Company" MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.