Azərbaycan ötən il Gürcüstandan 31 milyon dollarlıq sərmayə geri çəkib

Azərbaycan ötən il Gürcüstandan 31 milyon dollarlıq sərmayə geri çəkib Ötən il geri götürülən investisiyaların böyük hissəsi - 13,9 milyon dolları I rübün payına düşüb
Maliyyə
134
11 Mart , 2021 11:36
Azərbaycan ötən il Gürcüstandan 31 milyon dollarlıq sərmayə geri çəkib

2020-ci ildə Azərbaycan Gürcüstandan 30,8 milyon ABŞ dollarlıq sərmayəni geri çəkib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Sənədə əsasən, ötən il geri götürülən investisiyaların böyük hissəsi - 13,9 milyon dolları I rübün payına düşüb.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycan qonşu ölkənin iqtisadiyyatına 246,4 milyon dollar, 2019-cu ildə isə 35,8 milyon dollar sərmayə yatırıb.

Son xəbərlər

Orphus sistemi