"Bank VTB Azərbaycan"ın səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə
- 10 iyul, 2020
- 14:10
Avqustun 25-i saat 11:00-da "Bank VTB Azərbaycan" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" bu barədə Banka istinadən xəbər verir.
Məlumata görə, yığıncaq "Bank VTB Azərbaycan"ın Bakı şəhəri, Xətai rayonu, Xətai prospekti, 38 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə Bankın Müşahidə Şurası üzvlərinin səlahiyyət müddətinin artırılması məsələsi daxildir.
Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.
Son xəbərlər
19:09
Ağsuda qadını qətlə yetirən şəxslər saxlanılıb
Hadisə18:49
Azərbaycan – Sent Lüsiya matçının başlama vaxtı dəyişib
Futbol18:33
Hikmət Hacıyev TDT ölkələri rəhbərlərinin köməkçilərinin görüşündə iştirak edib
Xarici siyasət18:25
Biləsuvarda yol qəzasında 4 nəfər xəsarət alıb
Hadisə18:08
Rəşad Eyyubov: "Ən böyük problemimiz standart vəziyyətlərdir"
Futbol17:59
Böyük Britaniya Ukraynaya 115 milyon avro ayırır
Digər ölkələr17:58
Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə17:51
BƏƏ Müdafiə Nazirliyi: Sutka ərzində İranın 6 ballistik raketini ələ keçirmişik
Digər ölkələr17:36