Azərbaycan Mərkəzi Bankının nəzdində innovativ hab yaradılması təklif olunur

Azərbaycan Mərkəzi Bankının nəzdində innovativ hab yaradılması təklif olunur Azərbaycanda rəqəmsal ödənişlər sahəsində yeni nailiyyətlərin əldə edilməsi və bençmark olaraq qəbul edilmiş ölkələrlə rəqabət aparılması üçün bir sıra işlərin görülməsinə ehtiyac var.
Maliyyə
14 fevral 2025 06:33
Azərbaycan Mərkəzi Bankının nəzdində innovativ hab yaradılması təklif olunur
Zakir Nuriyev

Azərbaycanda rəqəmsal ödənişlər sahəsində yeni nailiyyətlərin əldə edilməsi və bençmark olaraq qəbul edilmiş ölkələrlə rəqabət aparılması üçün bir sıra işlərin görülməsinə ehtiyac var.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.

"Ani Ödənişlər Sistemindən daha aktiv nüvə komponenti kimi istifadə edilməsi, innovativ həllərin tətbiqi üzrə düzgün planlaşdırmanın aparılması və real məhsulların tətbiqinin təşviqi üçün Azərbaycan Mərkəzi Bankının nəzdində innovativ hab yaradılması, bank hesabının məsafədən açılması prosedurunun təkmilləşdirilməsi, habelə rəqəmsal bankçılıq sahəsində qanunvericilik bazasının formalaşdırılması üzrə işlərin görülməsini zəruri hesab edirik", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi