Azərbaycan Mərkəzi Bankı pul siyasətini yumşaltmağa başlayır

Maliyyə
  • 12 fevral, 2018
  • 08:04
Azərbaycan Mərkəzi Bankı pul siyasətini yumşaltmağa başlayır
Report/ Firi Salim

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinin yumşaldılması haqqında qərar qəbul edib. Bu qərara uyğun olaraq, dövriyyədə olan pul kütləsinin artırılması nəzərdə tutulub.

“Report” xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov deyib.

“Bundan sonra, not hərraclarında daha təmkinli olmağa çalışacağıq. Hərraclar vasitəsilə cəlb etdiyimiz vəsaitlərin bir hissəsini iqtisadiyyata qaytaracağıq və bu yolla iqtisadi aktivliyə kömək edəcəyik. Hazırda banklarda da kifayət qədər vəsait var, lakin kreditləşmə ilə bağlı problem mövcuddur”, - AMB sədri vurğulayıb.