Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Azərbaycan manatının real effektiv məzənnəsi azalıb Bu ilin oktyabr ayının yekununda Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 74 bənd təşkil edib.
Maliyyə
29 Noyabr , 2019 16:53
Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Bu ilin oktyabr ayının yekununda Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 74 bənd təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabr ayının yekunu ilə müqayisədə eynidir, amma ilin əvvəli ilə müqayisədə 1,4 bənd, ötən ilin oktyabr ayının yekununa nisbətən isə 0,9 bənd çoxdur.

Bu il noyabrın 1-nə manatın real effektiv məzənnəsi isə 99,2 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,2 bənd az, ilin əvvəli ilə müqayisədə 0,4 bənd az, illik müqayisədə isə 0,3 bənd çoxdur.

Son xəbərlər

Orphus sistemi