Azərbaycan manatının dövretmə sürəti azalıb

Azərbaycan manatının dövretmə sürəti azalıb Bu il martın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,83 bənd təşkil edib
Maliyyə
30 Mart , 2021 13:00
Azərbaycan manatının dövretmə sürəti azalıb

Bu il martın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,83 bənd təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 0,02 bənd az, yanvarın 1-nə nisbətən 0,26 bənd çox, ötən il martın 1-nə nisbətən isə 0,29 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi