Azərbaycanda maliyyə strukturlarının əməliyyat həcmi 30%-dək artıb

Azərbaycanda maliyyə strukturlarının əməliyyat həcmi 30%-dək artıb Əməliyyatların həcminə görə “Azərpoçt”, “AFB Bank” və “Kapital Bank” liderdilər
Maliyyə
6 Aprel , 2019 18:09
Azərbaycanda maliyyə strukturlarının əməliyyat həcmi 30%-dək artıb

2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycanda fəaliyyət göstərən maliyyə qurumları ümumilikdə 642 754 926,4 manatlıq əməliyyatlar aparıblar. 

“Report”un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 141 038 942,44 manat yaxud 28,11% artıb.

Məlumata görə, 32 maliyyə qurumunun yer aldığı siyahıya liderliyi 147 067 228,7 manatla “Azərpoçt” MMC edir. Digər iki yeri isə müvafiq olaraq “AFB Bank” və “Kapital Bank” ASC-lər bölüşür.

Siyahıda sonuncu 3 yerdə isə “Melli İran Bankı”nın Bakı filialı, “Naxçıvanpoçt” MMC və “Pakistan Milli Bankı”nın Bakı filialı qərarlaşıb.

Qeyd edək ki, bura nağd, ödəniş kartları və bank hesabları ilə aparılan əməliyyatlar aiddir.

Sıra № Maliyyə qurumunun adı Əməliyyatların sayı Əməliyyatların həcmi
1 "Azərpoçt" MMC 6 581 606 147 067 228,7
2 "AFB Bank" ASC 130 420 126 856 147,8
3 "Kapital Bank" ASC 2 061 854 72 760 220,22
4 "Paşa Bank" ASC 65 899 50 141 693,19
5 "Azərbaycan Beynəlxalq Bankı" ASC 322 550 29 379 667,15
6 "Expressbank" ASC 236 997 20 566 121,02
7 "Bank BTB" ASC 22 853 17 666 282,18
8 "AGBank" ASC 20 752 17 625 936,18
9 "Premium Bank" ASC 75 848 16 326 887,24
10 "Yapı Kredi Bank Azərbaycan" QSC 43 449 15 759 960,19
11 "GünayBank" ASC 17113 14 288 186,69
12 "Azər-Türk Bank" ASC 83003 13 544 808,31
13 "Access Bank" QSC 33678 10 853 437,54
14 "Unibank" ASC 90839 10 814 023,53
15 "Xalq Bank" ASC 49374 9 871 598,66
16 "Amrahbank" ASC 21056 9 786 957,21
17 "NBC Bank" ASC 231537 9 701 241,42
18 "Rabitəbank" ASC 83136 9 577 788,37
19 "Bank Respublika" ASC 49623 8 477 718,06
20 "Bank of Baku" ASC 46219 5 951 211,07
21 "Muğanbank" ASC 49620 4 890 874,36
22 "Nıkoyl Bank" ASC 14264 4 569 346,25
23 "Turan Bank" ASC 34675 3 605 464,74
24 "Bank Avrasiya" ASC 3532 3 592 852,81
25 "AtaBank" ASC 34660 3 210 125,2
26 "Ziraat Bank Azərbaycan" ASC 1908 2 079 051
27 "BANK VTB (AZƏRBAYCAN)" ASC 6850 1 948 498,24
28 "Azərbaycan Sənaye Bankı" ASC 4283 1 182 381,26
29 "Naxçıvanbank" ASC 12125 552 810,46
30 "Melli İran Bankı" Bakı filialı 140 62 380,94
31 "Naxçıvanpoçt" MMC 842 38 801,9
32 "Pakistan Milli Bankı"nın Bakı filialı 303 5 224,51
Cəmi 10 431 008 642 754 926,4

Son xəbərlər

Orphus sistemi