Azərbaycan kənd təsərrüfatı xərclərini 13 %-ə yaxın artırır

Maliyyə
  • 16 sentyabr, 2026
  • 21:43
Azərbaycan kənd təsərrüfatı xərclərini 13 %-ə yaxın artırır

2027-ci ildə Azərbaycanda kənd təsərrüfatı xərclərinin 1 milyard 379,5 milyon manat olması nəzərdə tutulur.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12,5 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.

44 - Tezliklə