Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 2,7% azalıb - YENİLƏNİB

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 2,7% azalıb - YENİLƏNİB Bu ilin I yarısında Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 5 656,2 milyon manat təşkil edib.
Maliyyə
16 İyul , 2020 12:39
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 2,7% azalıb - YENİLƏNİB

İlk xəbər iyulun 15-i, saat 16:23-də verilib

Bu ilin I yarısında Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 5 656,2 milyon manat təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% azdır.

6 aylıq investisiya qoyuluşunun 2 477,4 milyon manatı neft-qaz sektorunun, 3 178,8 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 17,5% çox və 15,5% azdır.

Hesabat dövründə qeyri-neft-qaz sənayesinə investisiya qoyuluşu isə 25,7% azalaraq 452 milyon manata düşüb.

İstifadə olunmuş vəsaitin 3 977,8 milyon manatı və yaxud 66,8%-i məhsul istehsalı sahələrinə, 1 352,3 milyon manatı və yaxud 22,7%-i xidmət sahələrinə, 626,1 milyon manatı və yaxud 10,5%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 501,8 milyon manatını və yaxud 58,8%-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 577,3 milyon manatı və yaxud 60,1%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. 

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 61,6%, büdcə vəsaitləri 22,2%, əhalinin şəxsi vəsaitləri 6,2%, bank kreditləri 5,4%, büdcədənkənar dövlət fondlarının vəsaitləri 2,4%, sair vəsaitlər isə 2,2% təşkil edib. 

2020-ci ilin yanvar-iyun aylarında Bakıda “Yeni klinika” tibb müəssisəsi, 3 saylı DOST mərkəzi, modul tipli xəstəxana kompleksi, “Əhmədli” elektrik yarımstansiyası,  Naxçıvan MR-da 2 ambulatoriya-poliklinika müəssisəsi, Sumqayıt şəhərində 2 tibbi maska istehsalı müəssisəsi, qoruyucu kombinezonların istehsalı müəssisəsi, modul tipli xəstəxana, Gəncə şəhərində tikinti materialları istehsalı zavodu, Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu, 200 çarpayılıq xəstəxana binası, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu, Mingəçevir şəhərində Dövlət Rəmzləri Muzeyi, Şəki şəhərində 200 çarpayılıq xəstəxana binası, Abşeron rayonunda modul tipli xəstəxana, Ağcabədi rayonunda “Asan Həyat” kompleksi, dənli bitki toxumlarının emalı zavodu, Ağstafa rayonunda “Azərxalça” ASC-nin filialı, Aqrar Sənaye Kompleksi, Goranboy rayonunda “Azərxalça”nın filialı, Kürdəmir rayonunda “Asan Həyat” kompleksi, “Azərxalça”nın filialı, Qazax rayonunda əhəng zavodu, “Azərxalça”nın filialı, Tərtər rayonunda Olimpiya İdman Kompleksi, Dövlət Rəmzləri Muzeyi, “Azərxalça”nın filialı, Tovuz rayonunda “Asan Həyat” kompleksi, “Azərxalça”nın filialı, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəmzləri Muzeyi, Şəmkir rayonunda “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib. 

Son xəbərlər

Orphus sistemi