DB: Ölkə iqtisadiyyatı 2022-ci ildə COVID-19-dan öncəki səviyyəyə qayıdacaq

DB: Ölkə iqtisadiyyatı 2022-ci ildə COVID-19-dan öncəki səviyyəyə qayıdacaq COVID-19 pandemiyası və dünya bazarında neft qiymətlərində geriləmə bu ilin ilk rübündə Azərbaycanda 2,7%-lik geriləməyə səbəb olub.
Maliyyə
7 Oktyabr , 2020 16:14
DB: Ölkə iqtisadiyyatı 2022-ci ildə COVID-19-dan öncəki səviyyəyə qayıdacaq

Bu ilin ilk yarısında COVID-19 pandemiyası və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azaldılması Azərbaycan iqtisadiyyatına ciddi təsir edib. 

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının bu gün dərc olunmuş Avropa və Mərkəzi Asiya regionunda iqtisadi vəziyyət üzrə hesabatında qeyd edilib.

Hesabata görə, Azərbaycan iqtisadiyyatında 2021-2022-ci illərdə tədricən canlanma olacaq və yalnız 2022-ci ilin sonunda COVID-19-dan öncəki səviyyəyə qayıdacaq. 2021-ci ildə COVID-19 pandemiyasının daha da kəskinləşməsi səbəbindən bir sıra risklər yarana bilər.

DB hesab edir ki, COVID-19 pandemiyası və dünya bazarında neft qiymətlərində geriləmə bu ilin ilk rübündə Azərbaycanda 2,7%-lik geriləməyə səbəb olub.

Bu geriləmə təchizat və xidmət sahələrinə, xüsusən də pərakəndə sektora, turizm və infrastruktur sahəsinə təsir edib. Regiondakı güclü quraqlıq isə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına azaldıcı təsir edib.

Azərbaycan OPEC+ razılaşmasına sadiq qalaraq istehsalı azaltmaqda davam edir. Bu səbəbdən də 2020-ci ildə karbohidrogen ixracı 25%, ticarət profisiti isə illik müqayisədə 10% azalıb. Mart ayından başlayaraq neft qiymətlərinin kəskin azalması Azərbaycan manatının məzənnəsinə də təzyiqləri artırıb. Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta satışlarının artırılması manatı 1,7 AZN / USD səviyyəsində saxlamağa kömək edib. AMB və ARDNF-nin həyata keçirdiyi tədbirlər çərçivəsində manata təzyiqlər azalıb.

Son xəbərlər

Orphus sistemi