Azərbaycan İpoteka Fondunun daha 5 mln. manatlıq istiqrazları yerləşdirilib

Azərbaycan İpoteka Fondunun daha 5 mln. manatlıq istiqrazları yerləşdirilib Bu istiqraz vərəqələrinin ödəmə tarixi 21 noyabr 2024-cü ildir
Maliyyə
2 Noyabr , 2015 17:53
Azərbaycan İpoteka Fondunun daha 5 mln. manatlıq istiqrazları yerləşdirilib

Bakı. 2 noyabr. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, hərracda 1 birja üzvü iştirak edib. Sifarişin ümumi məbləği nominal üzrə 5 mln. manat təşkil edib. Sifariş 100.9417 qiyməti ilə təqdim edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 mln. manat məbləğində müəyyən edilib.

İstiqraz vərəqələrinin ödəmə tarixi 21 noyabr 2024-cü ildir.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 2014-cü il oktyabrın 30-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 50 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə illik gəlirlik 3% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsilə keçirilir. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Xatırladaq ki, bu istiqraz emissiyasının yerləşdirilməsinə bu il yanvarın 13-də başlanılıb.

Son xəbərlər

Orphus sistemi