Azərbaycan İnvestisiya Şirkəti mənfəətini açıqlayıb - ƏLAVƏ OLUNUB

Azərbaycan İnvestisiya Şirkəti mənfəətini açıqlayıb - ƏLAVƏ OLUNUB İlk xəbər saat 11:54-də verilib
Maliyyə
5 Mart , 2018 12:22
Azərbaycan İnvestisiya Şirkəti mənfəətini açıqlayıb - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 11:54-də verilib

Bakı. 5 mart. REPORT.AZ/ "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) 2006-2017-ci illər ərzində 47 mln. manat xalis mənfəət əldə edib. 

"Report" xəbər verir ki, bunu şirkətin ötənilki fəaliyyətinə dair mətbuat konfransında qurumun icraçı direktoru Rövşən Nəcəf deyib. 

Onun sözlərinə görə, son 12 ildə AİŞ-in əməliyyat gəlirləri  74 mln. manat. əməliyyat xərcləri 15 mln. manat, mənfəət vergisi ödəmələri isə 12 mln. manat təşkil edib. 

"Ötən il isə şirkətin əməliyyat gəlirləri 4,785 mln. manat, əməliyyat xərcləri 1,839 mln. manat, mənfəət vergisi ödəmələri 589 min manat, əldə etdiyi dividentlər 1,253 mln. manat, gəlirdən çıxılmayan xərcləri 872 min manat, xalis mənfəəti isə 2,738 mln. manat olub", - deyə R.Nəcəf əlavə edib. 

Son xəbərlər

Orphus sistemi