Azərbaycan holdinqi nizamnamə kapitalını kəskin artırır

Maliyyə
  • 10 may, 2025
  • 17:30
Azərbaycan holdinqi nizamnamə kapitalını kəskin artırır

“NB Holdinq" ASC nizamnamə kapitalını 1 701 800 manat və yaxud 426,45 dəfə artıraraq 4 000 manatdan 1 705 800 manata çatdırmağı planlaşdırır.

“Report” xəbər verir ki, kapital artımı maliyyə qurumunun dövriyyədə olan 4 min səhminin nominal dəyərinin 1 manatdan 425,45 manata çatdırılması hesabına baş tutacaq.

Xatırladaq ki, “NB Holdinq" 2010-cu ildə yaradılıb. Şirkətlər qrupu kimya məhsullarının istehsalı ilə məşğuldur.

44 - Tezliklə