Azərbaycan gələn il valyuta konvertasiyasına xərclərini azaldacaq
Maliyyə
- 23 dekabr, 2014
- 11:52
Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycanın 2015-ci il dövlət büdcəsində valyuta konvertasiyası əməliyyatlarına 11,113 mln. manat həcmində vəsaitin xərclənməsi nəzərdə tutulub. Bu isə 2014-ci ilin analoji proqnozu ilə müqayisədə 36,5% və ya 6,379 mln. manat azdır.
"Report"un verdiyi xəbərə görə, bu barədə dövlət başçısının "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə fərmanında bildirilir.
Həmçinin təsdiqlənən gələn ilki büdcədə Azərbaycanın beynəlxalq kredit reytinqinin müəyyən olunması və digər işlərin qiymətləndirilməsi üçün ekspertlərin cəlb edilməsinə 2,951 mln. manatın xərclənməsi nəzərdə tutulub. Bu isə cari ilin proqnozuna nisbətən 5,3% və ya 149,6 min manat çoxdur.
Son xəbərlər
16:16
ABŞ NATO-nun daimi genişlənməsinin əleyhinədir
Digər ölkələr16:12
Azərbaycan və Gürcüstan birgə kollecin yaradılmasını müzakirə edir
Xarici siyasət16:11
Foto
BP universitetlər üçün insan hüquqları üzrə yeni tədris vəsaitini təqdim edib
Energetika16:07
Qərbi azərbaycanlıların qayıdışı – Ermənistanla münasibətlərin indikatoru - ŞƏRH
Analitika16:04
"Tottenhem" klubu heyətini mərkəz müdafiəçisi ilə gücləndirmək istəyir
Futbol16:02
Salyanda məktəbdə tüstüdən zəhərlənən şagirdlərin sayı 15 nəfərə çatıb - YENİLƏNİB-2
Sağlamlıq16:02
Foto
InvestAZ və Bakı Avrasiya Universiteti investisiya və kriptovalyuta bazarı üzrə seminar təşkil edib
Maliyyə15:59
Apellyasiya məhkəməsi Əli Kərimli barədə qərar verib
Digər15:55
Foto