Bakı. 5 may. REPORT.AZ/ Azərbaycanda əhalinin 6%-i üçün kreditin alınmasında məhdudiyyətlər mövcuddur. Banklar 70 və daha çox yaşı olan şəxslərə kredit vermir. Bu da əhalinin təxminən 4%-i üçün kreditin tam əlçatmaz olması deməkdir.
"Report" bu barədə bankların kredit təkliflərinə istinadən xəbər verir.
Belə ki, 65 yaşdan yuxarı şəxslərə kreditləri cəmi bir neçə bank təklif edir. Bu siyahıda "Kapital Bank" ASC , Azərbaycan Beynəlxalq Bankını qeyd etmək olar. Bununla yanaşı, kredit öhdəliyinin bitməsi bir çox hallarda bu yaş həddini keçə bilməz. Bəzi banklarda bu yaş həddini 62-63 yaşa endirlib.
Rəsmi statistikaya əsasən, 2016-cı ilin sonuna Azərbaycanda əhalinin 375,2 min nəfər və ya 3,9%-ni 70 yaş və ondan yuxarı, 2,3% və ya 222,3 min nəfərini 65-70 yaş arası olan şəxslər təşkil edib.