Bakı. 10 iyun.
"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, ikinci dəfədir aylıq dollar alışı göstəricisi satış əməliyyatlarının həcmini üstələyib. Bildirək ki, bu ilin fevralında banklar 141,181 mln. dolların xalis alışını həyata keçirib.
Keçən ilin aprelində isə bankların əhaliyə xalis valyuta satışı 1 142,731 mln. dollar olub.
2016-cı ilin əvvəlindən kommersiya bankları əhalidən 2,291 mln. dollar xalis valyuta alışı həyata keçirib.
"Report"un analitik qrupu qeyd edir ki, bankların nağd xarici valyutanın xalis alıcısı olmasına səbəb Azərbaycan manatının nisbi möhkəmlənməsi və neft qiymətlərinin yüksəlməsi ilə bağlıdır.
Qeyd edək ki, 2014-cü ilin ikinci yarısında başlayan qlobal iqtisadi böhran Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının həmin ilin iyul ayındakı tarixi maksimal səviyyədən (15 193,4 mln. dollar) 2016-cı il aprelin 1-nə 11 127,6 mln. dollar və ya 73,2% azalaraq 4 065,8 mln. dollara enməsinə səbəb olub.