​Azərbaycan dövlət istiqrazlarının indeksi enib

​Azərbaycan dövlət istiqrazlarının indeksi enib Maliyyə Nazirliyinin dövriyyədə olan istiqrazların cari qiymət üzrə həcmi 1,51% azalıb
Maliyyə
25 Noyabr , 2014 05:22
​Azərbaycan dövlət istiqrazlarının indeksi enib

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 3,75% azalaraq noyabr ayının 25-nə 2 562,21 təşkil edib. Ortaölçülü qiymət indeksi isə 94,90 olub. Noyabrın 25-nə dövriyyədə olan istiqrazların cari qiymət üzrə həcmi 1,51% azalaraq 129 873 597 manat təşkil edib.

“Report”un hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBNI (Azerbaijan Central Bank Notes Index) indeksi dəyişməz qalaraq noyabr ayının 25-nə 199,94 təşkil edib. Ortaölçülü qiymət indeksi isə 99,97 olub. Noyabrın 25-nə dövriyyədə olan notların cari qiymət üzrə həcmi 0,003% artaraq 9 997 191 manat təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,01% yüksəlib və 873,54-ə bərabər olub. Ortaölçülü qiymət indeksi isə 109,19 təşkil edib.

Son xəbərlər

Orphus sistemi