Azərbaycan "Doing Business" reytinqində 34-cü yeri tutub

Azərbaycan "Doing Business" reytinqində 34-cü yeri tutub Azərbaycan Dünya Bankı (DB) tərəfindən hər il dərc olunan Doing Business-2020 reytinqində 190 ölkə arasında 34-cü yeri tutub.
Maliyyə
24 Oktyabr , 2019 10:09
Azərbaycan Doing Business reytinqində 34-cü yeri tutub

Azərbaycan Dünya Bankı (DB) tərəfindən hər il dərc olunan "Doing Business-2020" reytinqində 190 ölkə arasında 34-cü yeri tutub.

"Report" xəbər verir ki, bu, DB-ın cümə axşamı dərc olunan hesabatında göstərilib.

Bu il DB Azərbaycanda həyata keçirilən beş islahatı nəzərə alıb. Belə ki, Azərbaycanda əmlakın qeydiyyatı kadastrların əhatə dairəsinin genişlənməsi və kadastr planlarının rəqəmsallaşdırılması hesabına daha asan və şəffaf olub. Azərbaycan həmçinin əmlakın başqasına ötürülməsi zamanı notariusun depozit hesabına pul qoymağı icbari edərək prosesi çətinləşdirib. Eyni zamanda Azərbaycan girov təminatı kimi daşınar aktivlərdən məhdudiyyət olmadan istifadəyə imkan verərək kreditlərə çıxış imkanlarını genişləndirib.

Azərbaycanda həmçinin borcların və öhdəliklərin ümumi təsvirinə, maraqların məhkəmədənkənar müdafiəsinə imkan verilir. Azərbaycan maraqlı tərəflərlə ədalətsiz əməliyyatlara görə direktorların üzərinə məsuliyyət qoymaqla minoritar investorların müdafiəsini gücləndirib. Digər tərəfdən, Azərbaycan fiziki şəxslərin gəlirlərinin vergiyə cəlb olunması sistemini dəyişdirərək vergilərin ödənilməsini çətinləşdirib.

Hesabata görə, Azərbaycan iddiaçılara ilkin şikayətləri elektron qaydada təqdim etməyə imkan verən elektron sistem tətbiq etməklə və könüllü vasitəçilik haqqında qanun qəbul etməklə müqavilələrin icrasını asanlaşdırıb.

Biznes şəraitinin hərtərəfli qiymətləndirilməsi 10 göstərici üzrə aparılır: müəssisələrin qeydiyyatı, tikintiyə icazələrin alınması, elektrik təchizatı sisteminə qoşulma, əmlakın qeydiyyatı, kredit almaq, muniritar investorların müdafiəsi, vergiyə cəlb olunma, beynəlxalq ticarət, müqavilələrin icrasının təmin olunması və müflisləşməyə icazə verilməsi (iflas prosedurlarının əlçatanlığı).

Son xəbərlər

Orphus sistemi