Azərbaycan BOKT-larının xalis mənfəəti 2,5 dəfə artıb

Azərbaycan BOKT-larının xalis mənfəəti 2,5 dəfə artıb Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin yanvar-sentyabr aylarını 149,2 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
24 Oktyabr , 2024 11:13
Azərbaycan BOKT-larının xalis mənfəəti 2,5 dəfə artıb

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin yanvar-sentyabr aylarını 149,2 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,5 dəfə çoxdur.

9 ay ərzində BOKT-ların əməliyyat gəlirləri 317,3 milyon manat (illik müqayisədə 2,1 dəfə çox), əməliyyat xərcləri 125,3 milyon manat (62,7 % çox), xüsusi ehtiyatlara ayırmaları 10,3 milyon manat (2,15 dəfə çox), mənfəət vergisi ödəmələri isə 32,5 milyon manat (3 dəfə çox) təşkil edib.

Bu il oktyabrın 1-nə BOKT-ların aktivləri 979,9 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 43,6 % çoxdur. Bunun 688 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 35 % böyüyüb.

Hesabat dövründə BOKT-ların öhdəlikləri 33,3 % artaraq 517,7 milyon manata, balans kapitalı isə 57,3 % artaraq 462,2 milyon manata çatıb.

Son xəbərlər

Orphus sistemi