Azərbaycan Beynəlxalq Bankının yeni sanasiya proqramı hazırlanıb

Azərbaycan Beynəlxalq Bankının yeni sanasiya proqramı hazırlanıb Rüfət Aslanlı: "Proqramın məqsədi Bankın dayanıqlı gəlirlər əldə etməsidir"
Maliyyə
226
4 Noyabr , 2016 11:48
Azərbaycan Beynəlxalq Bankının yeni sanasiya proqramı hazırlanıb

Bakı. 4 noyabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) sağlamlaşdırılması tədbirləri 2017-ci ildə də davam etdiriləcək. “Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, bu məqsədlə Bankın menecmenti və əsas səhmdarı olan Maliyyə Nazirliyi yeni sağlamlaşdırma proqramı hazırlayıb və Palataya təqdim edib: “Ümid edirəm ki, bu proqram hesabına ABB-nin sağlamlaşdırılması prosesi gələn ilin sonuna qədər başa çatdırılacaq. Proqramın məqsədi Bankın dayanıqlı gəlirlər əldə etməsidir. Onu da deyim ki, hazırda ABB idarə olunacaq səviyyəyə qədər kiçildilir, onun müəyyən aktivləri, öhdəlikləri bank sektorunun digər təmsilçilərinə ötürülür”.

ABB-nin nə vaxt özəlləşdirilməsinə gəlincə isə, MBNP sədri konkret tarix deməyib: “Biz maraqlıyıq ki, bazarda yalnız özəl banklar qalsın”. 

Son xəbərlər

Orphus sistemi