Azərbaycan Beynəlxalq Bankı sığortaçı seçir
- 02 aprel, 2018
- 05:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 aprel. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) əməkdaşlarının könüllü tibbi sığortası xidmətlərinin satın alınmasına dair açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.
İddiaçılar ilkin sənədləri aprelin 16-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 20-nə qədər ABB-nin Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 ünvanında yerləşən baş ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Emin İbrahimovdur (tel.: (012) 493 00 91, daxili 2700, 2703, e-poçt: tender@ibar.az).
Təkliflərə aprelin 23-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.