Azərbaycan Beynəlxalq Bankı sığortaçı seçir
- 08 noyabr, 2017
- 05:15
Bakı. 8 noyabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC daşınmaz əmlakının icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası (lot-1), eləcə də istifadəsində olan nəqliyyat vasitələrinin icbari və könüllü sığortası (lot-2) xidmətlərinin satın alınması məqsədi ilə açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı hər lot üzrə 100 manatdır.
İddiaçılar ilkin sənədləri noyabrın 22-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə noyabrın 28-nə qədər Bankın Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 ünvanındakı baş ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Emin İbrahimovdur (tel.: (012) 493 00 91, daxili 2700, 2703, e-poçt: [email protected]).
Təkliflərə noyabrın 29-da, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.