Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) Novruz Bayramı münasibətilə 13-31 mart tarixlərində 2 güzəştli kampaniyasına start verib. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.
Bunlardan birincisi depozitlərlə bağlıdır. Kampaniya müddətində Bankda manat depoziti yerləşdirən müştərilərin illik gəlirliyinə 1% əlavə olunacaq. ABB-də depozit yerləşdirən müştərilərə ödəniş kartları hədiyyə edilir və depozitin müəyyən həcmində kredit əldə etmək imkanı yaradılır.
Bankın eyni müddətdə həyata keçirdiyi digər bir kampaniya isə “Visa” və “MasterCard Gold” və “Platinum” kartlarını 50% endirimlə əldə etmək fürsəti verir. Belə ki, müştərilər kampaniya ərzində “Gold” kartlarını cəmi 15 manata, “Platinum” kartlarını isə 25 manata əldə edə bilərlər. Kart sahibləri üçün "MobilBank" və "İnternetBank" xidmətləri tam pulsuzdur.
Kampaniyalar barədə