Azərbaycan Beynəlxalq Bankı nağd pul krediti şərtlərini asanlaşdırıb

Azərbaycan Beynəlxalq Bankı nağd pul krediti şərtlərini asanlaşdırıb Bakı. 6 noyabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC özünün əmək haqqı və pensiya kartı sahiblərinə təqdim etdiyi nağd pul kreditinin şərtlərini asanlaşdırıb. Bu barədə “Report”a Bankdan məlumat verilib.
Maliyyə
6 Noyabr , 2017 10:49
Azərbaycan Beynəlxalq Bankı nağd pul krediti şərtlərini asanlaşdırıb

Bakı. 6 noyabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC özünün əmək haqqı və pensiya kartı sahiblərinə təqdim etdiyi nağd pul kreditinin şərtlərini asanlaşdırıb. Bu barədə “Report”a Bankdan məlumat verilib.

Məlumata görə, kreditin faizi azaldılıb, illik faiz dərəcəsi indi 25%-dən başlanır. Müştərilərə 5 min manata qədər krediti bankdan zaminsiz almaq imkanı yaradılıb, eyni zamanda, kreditin müddəti də artırılıb. Bankın maksimum 15 min manata qədər məbləğdə təklif etdiyi nağd pul kreditini indi müştərilər 36 ayadək müddətə ala bilər. Ödənişlərə gəlincə, müştəri məsələn, bankdan 36 ay müddətinə, 1 000 manat məbləğində kredit aldıqda ayda 40 manat, 3 000 manat aldıqda 120 manat, 5 000 manat aldıqda isə 199 manat ödəyəcək.

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi, eləcə də bankın əmək haqqı, yaxud pensiya kartı ilə filiallara yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən həyata keçirə bilər.

Son xəbərlər

Orphus sistemi