Azərbaycan Beynəlxalq Bankı ədliyyə işçiləri üçün kampaniya keçirir

Azərbaycan Beynəlxalq Bankı ədliyyə işçiləri üçün kampaniya keçirir Bakı. 20 noyabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə yeni kredit kampaniyasına start verib. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.
Maliyyə
20 Noyabr , 2017 12:31
Azərbaycan Beynəlxalq Bankı ədliyyə işçiləri üçün kampaniya keçirir

Bakı. 20 noyabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə yeni kredit kampaniyasına start verib. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, noyabrın 30-dək davam edəcək özəl kampaniya çərçivəsində ABB-nin əməkhaqqı kartına sahib olan hər bir ədliyyə işçisi nağd pul kreditini güzəştli şərtlərlə ala bilər.

Kampaniya çərçivəsində veriləcək kreditin məbləği 15 min manatadək, müddəti isə 36 ayadək olacaq.

Bundan əlavə, ABB illik faiz dərəcəsində 2% endirim edəcək və kredit faizləri 25%-dən başlayacaq.

Həmçinin, 5 min manata qədər olan kreditlər zaminsiz, rəsmiləşdirilmə komissiyasız olacaq.

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq olar. Bunun üçün şəxsiyyət vəsiqəsi və əmək haqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.

Son xəbərlər

Orphus sistemi