S.Şərifovun sözlərinə görə, avrobondların yerləşdirilməsi özəl sektor üçün gəlir əldə etmək məqsədi daşıyır. Nazir xatırladıb ki, Azərbaycan artıq beynəlxalq maliyyə kapital bazarına çıxıb. Belə ki, Azərbaycan ilk dəfə 1,25 mlrd. dollar həcmində qiymətli kağızlarını beynəlxalq bazarda yerləşdirib. Bu istiqrazların tədavül müddəti 10 il olub və bazar iştirakçaları tərəfindən maraqla qarşılanıb.
"Bu gün qiymətli kağızlar üzrə faiz dərəcələri azalıb. Bizim kağızların faiz dərəcələri Amerika kağızlarına qarşı çox cuzi artıb", - deyə maliyyə naziri vurğulayıb.