Azərbaycan bankları valyuta mübadiləsi üzrə gəlir marjasını 47 % artırıblar

Azərbaycan bankları valyuta mübadiləsi üzrə gəlir marjasını 47 % artırıblar Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan bankları ABŞ dollarını orta hesabla 1,6946 manatdan alıb, 1,7021 manata satıb.
Maliyyə
22 Noyabr , 2023 10:28
Azərbaycan bankları valyuta mübadiləsi üzrə gəlir marjasını 47 % artırıblar

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan bankları ABŞ dollarını orta hesabla 1,6946 manatdan alıb, 1,7021 manata satıb.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir.

Beləliklə, banklar hər 100 dolların alqı-satqısından 75 qəpik gəlir əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,1 % çoxdur.

Xatırladaq ki, 1 il bundan əvvəl banklar dolları 1,6972 manatdan alıb, 1,7023 manata satıb, bununla da, hər 100 dolların alqı-satqısından 51 qəpik gəlir əldə edib.

Son xəbərlər

Orphus sistemi