Azərbaycan bankları şöbələrinin sayını azaltmaqda davam edir

Azərbaycan bankları şöbələrinin sayını azaltmaqda davam edir Bu il mayın 1-nə Azərbaycanın bank sektoru 512 filiala və 128 şöbəyə malik olub.
Maliyyə
30 May , 2019 17:08
Azərbaycan bankları şöbələrinin sayını azaltmaqda davam edir

Bu il mayın 1-nə Azərbaycanın bank sektoru 512 filiala və 128 şöbəyə malik olub.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən il mayın 1-i ilə müqayisədə müvafiq olaraq 1 vahid çox və 15 vahid azdır.

Bu ilin yanvar-aprel aylarında 4 yeni bank filialı açılıb, 2 bank filialı bağlanıb. Təkcə aprel ayında isə bank filiallarının sayında dəyişiklik olmayıb, bank şöbələrinin sayı isə 1 vahid azalıb. 

Son xəbərlər

Orphus sistemi