İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil banklara güzəştli kreditləşmə üçün ayırdığı yeni limitlər bu gündən aktivləşdirilib.
"Report" xəbər verir ki, limitlər saat 11:00-dan aktivdir.
İpoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında
Xatırladaq ki, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna fevralın 2-dən başlanılıb və hazırda proses davam etdirilir.
Bu ilin dövlət büdcəsində ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 87,7 milyon manat nəzərdə tutulub.
2023-cü ildə İKZF-nin vəsaiti hesabına ötən il ərzində müvəkkil banklar tərəfindən 459,4 milyon manat həcmində 5 563 ipoteka krediti (348,5 milyon manat məbləğində 3 884 adi ipoteka krediti və 111 milyon manat məbləğində 1 679 güzəştli ipoteka krediti) verilib ki, bu da Fondun fəaliyyətə başladığı 2006-cı ildən etibarən ən yüksək göstəricidir.
2022-ci ilə nisbətən verilmiş ipoteka kreditlərinin həcmində 9 % artım (2022-ci ildə 421,5 milyon manat məbləğində 5 522 ipoteka krediti verilib) qeydə alınıb.