Azərbaycan bankı dünyanın ən böyük ödəniş sisteminə qoşulub
- 28 dekabr, 2017
- 10:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan bankları arasında ilk dəfə “Muğanbank” Çinin “Union Pay İnt.” beynəlxalq ödəniş sisteminə qoşularaq “Union Pay” plastik kartlarının satışına start verib.
“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, "Muğanbank" 4 növ – “Union Pay Classic”, “Union Pay Gold”, “Union Pay Platinum” və “Union Pay Diamond” kart məhsullarını müştərilərə təklif edir.
“Muğanbank”ın “Union Pay” ödəniş sisteminə qoşulması ölkədə nağdsız hesablaşmaların inkişafına töhfə verəcək, plastik kart çeşidinin əhəmiyyətli dərəcədə artırılmasına, müştərilərə daha çox seçim imkanı yaradılmasına səbəb olacaq.
Hazırda dünyada hər insana 2 plastik kart düşür. 2016-cı ilin yekunlarına görə, dünya üzrə plastik kartların sayı 8% artaraq, 14 mlrd. ədədə çatıb ki, onun da 6 mlrd. ədədi Çinin “Union Pay Int.” ödəniş sisteminə məxsusdur. Dövriyyədə olan kartların sayına görə “Union Pay” dünyada birinci yerdədir. Onun plastik kartları 163 ölkədə keçərlidir”, - deyə məlumatda qeyd olunub.