Azərbaycan bank sektorunun yarıdan çoxu 3 bankın əlində cəmləşib

Azərbaycan bank sektorunun yarıdan çoxu 3 bankın əlində cəmləşib Bakı. 2 may. REPORT.AZ/ 2018-ci il aprelin 1-nə olan məlumata əsasən Azərbaycan bank sektorunun aktivlərinin yarıdan çoxu – 55%-i və ya 15 278 269 min manatı cəmi 3 bankın- “Azərbaycan Beynəlxalq Bankı” (ABB), “Paşa Bank” və “Kapital Bank” ASC-lərin əlində cəmləşib.
Maliyyə
2 May , 2018 14:55
Azərbaycan bank sektorunun yarıdan çoxu 3 bankın əlində cəmləşib

Bakı. 2 may. REPORT.AZ/ 2018-ci il aprelin 1-nə olan məlumata əsasən Azərbaycan bank sektorunun aktivlərinin yarıdan çoxu – 55%-i və ya 15 278 269 min manatı cəmi 3  bankın- “Azərbaycan Beynəlxalq Bankı” (ABB), “Paşa Bank” və “Kapital Bank” ASC-lərin əlində cəmləşib.

“Report”un bankların rüblük hesabatları əsasında apardığı hesablamaya əsasən, ölkədə fəaliyyət göstərən 30 bankın cəmi aktivlərinin 8 403 162 min manat və yaxud 30,2%-i ABB-nin, 3 707 849 min manat və yaxud 13,3%-i “Paşa Bank”ın, 3 167 258 min manat və yaxud 11,4%-i “Kapital Bank”ın payına düşüb.

Daha sonra xüsusi çəkisinə görə bankların sıralanmasında “Xalq Bank” (8,0%), “Azərbaycan Sənaye Bankı” (3,3%), “Accessbank” (3,0%), “Bank Respublika” (2,7%), “Rabitabank” (2,4%), “Atabank” (2,2%), “Unibank” (2,1%) ASC-lər qərarlaşıb. 

7 bankın- Pakistan Milli Bankı Bakı filialı (0,04%), “NBC Bank”(0,8%), “Bank Avrasiya”(0,6%), "Bank Melli İran-Baku" (0,4%), “Amrahbank” (0,7%), “Ziraat Bank Azərbaycan” (0,8%), “Naxçıvanbank”(0,5%) ASC-lərin hər birinin ayrılıqda cəmi aktivlərdə xüsusi çəkisi heç 1%-ə çatmır. 

Son xəbərlər

Orphus sistemi