Azərbaycan bank sektorunun aktivləri 29,5 mlrd. manatdır

Azərbaycan bank sektorunun aktivləri 29,5 mlrd. manatdır Bütövlükdə bank sektorunda 16 167 nəfər işçi çalışır
Maliyyə
4 Oktyabr , 2017 12:44
Azərbaycan bank sektorunun aktivləri 29,5 mlrd. manatdır

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən 31 bankın 1 sentyabr 2017-ci il tarixinə cəmi aktivləri 29,492 mlrd. manat, cəmi öhdəlikləri isə 26,568 mlrd. manat təşkil  edib. Sektorun balans kapitalı 2,924 mlrd. manat, əhalinin əmanətləri isə 6,872 mlrd. manat olub.

"Report" bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir. 

Bankların filiallarının ümumi sayı 560, şöbələrinin sayı 142, ATM-lərin sayı 2 495-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 167 nəfər təşkil edib.

Son xəbərlər

Orphus sistemi