Azərbaycanda sanatoriya-kurort yollayışlarının sayının 10 % artması gözlənilir

Azərbaycanda sanatoriya-kurort yollayışlarının sayının 10 % artması gözlənilir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təqdim etdiyi məlumata əsasən, 2025-ci ildə tam dəyəri 20,3 milyon manat olan 13 470 ədəd sanatoriya-kurort yollayışı verilməsi nəzərdə tutulur.
Maliyyə
21 Noyabr , 2024 16:32
Azərbaycanda sanatoriya-kurort yollayışlarının sayının 10 % artması gözlənilir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təqdim etdiyi məlumata əsasən, 2025-ci ildə tam dəyəri 20,3 milyon manat olan 13 470 ədəd sanatoriya-kurort yollayışı verilməsi nəzərdə tutulur.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, bunlar, 2024-cü ilin gözlənilən göstəricisi ilə müqayisədə təxminən 10 % çoxdur.

O cümlədən, gələn il tam dəyəri 7,3 milyon manat olan, amma haqqı qismən (15 % olmaqla) ödənilən 2 376 yollayış verilməsi planlaşdırılır. Bunlar isə bu ilin gözlənilən göstəricisinə nisbətən təxminən 9 % çoxdur.

Son xəbərlər

Orphus sistemi