“Azər-Türk Bank” yeni kampaniya keçirir

“Azər-Türk Bank” yeni kampaniya keçirir Bakı. 26 sentyabr. REPORT.AZ/ “Azər-Türk Bank” ASC müştərilər üçün sığortasız istehlak krediti təklif edir. Bu barədə “Report”a Bankın mətbuat xidm...
Maliyyə
26 Sentyabr , 2017 11:46
“Azər-Türk Bank” yeni kampaniya keçirir

Bakı. 26 sentyabr. REPORT.AZ/ “Azər-Türk Bank” ASC müştərilər üçün sığortasız istehlak krediti təklif edir. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Müştərilər öz gəlirlərini təsdiqləməklə bu kredit növündən 36 ay müddətində faydalana bilərlər. Kreditin maksimal məbləği 15 min manat ola bilər. Manatla götürülən kreditlər üçün faiz dərəcəsi illik 26-29%, ABŞ dolları üçün isə 15-18% təşkil edir.

Müştərilər Bankın bu kredit növündən başqa əmək haqqı kartı olan müştəriləri üçün korporativ kredit, "Madame Coco" və "Decoria" mağazalarından alış-veriş etmək istəyənlər üçün zaminsiz kredit, yalnız şəxsiyyət vəsiqəsi ilə əmanət qarşılığında kredit, ipoteka krediti və ödəniş kartı vasitəsilə açılan kredit xəttindən də yararlana bilərlər.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi