Bakı. 31 dekabr. REPORT.AZ/ “Azər-Türk Bank” ASC "Visa" kartlarının sahibi olan müştərilərini Dubay Şopinq Festivalında böyük endirim fürsətlərindən yararlanmağa dəvət edir. “Report”un Bankdan əldə etdiyi məlumata görə, Bankın "Visa" kartları ilə Festivalın keçirildiyi müddətdə alış-veriş edən müştərilərə xüsusi güzəştlər təklif olunur. Burada avtomobil, elektronika, zərgərlik məmulatlarını xüsusi endirimlə əldə etmək, həmçinin əyləncə, gündəlik məişət ehtiyacları, eləcə də digər xidmətlərdən faydalanmaq mümkündür.
Bununla yanaşı, kart sahibləri festival müddətində "JumeirahTH" hotellərində qonaqlamaya 25% endirim əldə edəcəklər.
"Visa" ödəniş kartlarının yaratdığı imkanlardan yararlanmaq üçün müştərilər
“Azər-Türk Bank”ın "Visa" ödəniş kartlarına sahib olmaq istəyən şəxslər Bankın istənilən xidmət ofisinə müraciət edə, yaxud
Əlavə edək ki. Festival dekabrın 26-dan yanvarın 28-dək keçirilir.
Bununla yanaşı, “Azər-Türk Bank”ın "MasterCard" sahibi olan müştərilərinə də xüsusi təklifləri var. Belə ki, təqdim olunmuş promo-kodlardan istifadə edərək Azərbaycanın aparıcı hotellərində endirim əldə etmək mümkündür. Bankın müştəriləri "Boulevard Hotel Baku", "Intourist Hotel Baku", "JW Marriott Absheron Baku", "Flame Towers Fairmont Hotel Baku", "Chenot Palace Gabala" hotellərində 10-25% endirimlərdən faydalanmaq şansı əldə edirlər.
Təqdim olunan kampaniya 2017-ci il martın 31-dək davam edəcək.