"Azər-Türk Bank"la Təhsil Nazirliyi razılığa gəlib

"Azər-Türk Bank"la Təhsil Nazirliyi razılığa gəlib Tələbələrin bir qrupu Bankda təcrübə keçəcək
Maliyyə
13 Fevral , 2017 12:18
Azər-Türk Bankla Təhsil Nazirliyi razılığa gəlib

Bakı. 13 fevral. REPORT.AZ/ "Azər-Türk Bank" ASC ilə Təhsil Nazirliyi arasında əldə olunan razılığa əsasən, maliyyə ixtisası üzrə təhsil alan SABAH tələbələrinin bir qrupu Bankın müxtəlif strukturlarında təcrübə keçəcək, bank işinin incəliklərini öyrənəcəklər.

Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat verilib. 

Qeyd edək ki, Təhsil Nazirliyində SABAH qrupları Karyera Akademiyasının təqdimat mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, SABAH qrupları layihəsinin əməkdaşları, Akademiyanın rəsmi tərəfdaşlarından olan "Azər-Türk Bank"ın rəhbərliyi də iştirak ediblər.

Akademiya peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla 4 istiqaməti əhatə edir. Layihə sonuncu kursda təhsil alan “SABAH” qrupu tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaq məqsədi daşıyır. Qeyd edilib ki, ötən tədris ilindən başlayaraq 44 ixtisas üzrə 600 nəfərə yaxın SABAH tələbəsinin 38 dövlət və özəl strukturda təcrübə keçib.

Son xəbərlər

Orphus sistemi