“Azər-Türk Bank” kartlara endirim edib

Maliyyə
  • 10 iyul, 2017
  • 13:38
“Azər-Türk Bank” kartlara endirim edib

Bakı. 10 iyul. REPORT.AZ/ “Azər-Türk Bank” ASC ödəniş kartlarına endirim tətbiq edib. Artıq bankın kartlarını daha endirimli qiymətə əldə etmək mümkündür.

“Report” bu barədə banka istinadən xəbər verir.

Bankın ödəniş kart müştəriləri “Azər-Türk Bank”ın mobil tətbiqini “Google Play” və “App Store”dan yükləməklə kart hesab hərəkətlərini izləyə, kartdan karta pul köçürə və kommunal, telefon və digər ödənişləri edə bilərlər. 

Qeyd edək ki, "Azər-Türk Bank" kart istifadəçilərinin rahatlığını təmin etmək üçün xaricdə geniş istifadə edilən təmassız ödəmə kartları - "Visa payWave" və "MasterCard PayPass" təklif edən ilk banklardandır. "Azər-Türk Bank"ın kart müştərisi olmaq istəyənlər www.azerturkbank.az saytından istədiyi kartı sürətli şəkildə onlayn sifariş edə bilərlər.

Son xəbərlər

Bütün Xəbər Lenti