"Azər-Türk Bank" nizamnamə kapitalını artırır
Maliyyə
- 17 dekabr, 2014
- 13:44
Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Azər-Türk Bank" ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydiyyata alınıb. “Report”un Bakı Fond Birjasına istinadən verdiyi xəbərə görə, emissiyanın həcmi bir səhmin nominal dəyəri 1 manat olmaqla 5 776 341 manat təşkil edir.
Emissiyanın anderrayteri qismində "Invest-Az" MMC çıxış edir.
Səhmlərin yerləşdirilməsi ilə bankın nizmanamə kapitalı 50 mln. manata çatdırılacaq.
Qeyd edək ki, hazırda bankın nizmnamə kapitalı 44 223 659 manat təşkil edir. Bankın səhmdarları rolunda Azərbaycan Əmlak Məslələri üzrə Dövlət Komitəsi (85%), Türkiyənin "Ziraat Bank"ı (14%) və "Ziraat Bank Beynəlxalq, Almaniya" (1%) çıxış edir.
Son xəbərlər
11:54
Türkiyədə 5.4 maqnitudalı zəlzələ olub
Region11:52
Bakıda 51 min manatlıq oğurluq olub
Hadisə11:46
Laboratoriya müdiri: "Qarabağ və Şərqi Zəngəzurda yeni filiz sistemlərinin aşkarlanması mümkündür"
Sənaye11:42
UEFA Millətlər Liqası: Qrup mərhələsinin ilk oyunlarına bu gün start veriləcək
Futbol11:27
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Hadisə11:25
FAO: Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə işlər yekunlaşmaqdadır
ASK11:24
Sumqayıtda qaydaları pozan 22 motosiklet sürücüsü saxlanılıb
Hadisə11:23
Yalçın Rəfiyev: "TRIPP" Cənubi Qafqazda sülh prosesinin dəstəklənməsində mühüm rol oynayacaq
İnfrastruktur11:17