“Azər-Türk Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

Maliyyə
  • 03 iyun, 2023
  • 10:48
“Azər-Türk Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

İyulun 19-da, saat 11:00-da “Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilib.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

44 filmi