Bakı. 2 sentyabr. REPORT.AZ/ Azərbaycanda "Bank aktivlərinin idarə edilməsi Agentliyi" adlı MMC yaradılıb. "Report"un əldə etdiyi məlumata görə,
Bakı şəhərinin Səbail rayonu İslam Səfərli küçəsi,5 ünvanında yerləşən MMC-nin qanuni təmsilçisi isə Süleyman Bəkir oğlu Bəkirovdur.
Xatırladaq ki, S.Bəkirov bundan öncə "Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədr müavini olub.