“Azər-Türk Bank”ın ödəniş kartlarının sayı 50% artıb
- 07 avqust, 2017
- 06:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 avqust. REPORT.AZ/ Bu ilin I yarısında “Azər-Türk Bank”ın plastik kartları ilə 402 184 əməliyyat həyata keçirilib.
Bu barədə “Report”a bankın mətbuat xidmətindən bildirilib.
Məlumata görə, kartla əməliyyatların dövriyyəsi 68,4 mln. manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı 36%, dövriyyə isə 24% artıb.
“Bankın son aylarda, o cümlədən 22 illiyi münasibətilə həyata keçirdiyi, həvəsləndirici güzəşt kampaniyaları kart müştərilərinin sayının artmasına rəvac verib. Hazırda dövriyyədə “Azər-Türk Bank”a məxsus 36 mindən çox aktiv plastik kart var ki, bu da 1 il əvvələ nisbətən 50% çoxdur”, - bankdan bildirilib.
Xatırladaq ki, “Azər Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən və yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.