Göründüyü kimi, indeks artmaqla yanaşı 100%-dən yuxarı səviyyədə qalıb ki, bu da hesabat ayı ərzində əhaliyə göstərilən xidmətlərin həcminin əvvəlki ayla müqayisədə artmasından xəbər verir.
Qeyd edək ki, avqust ayında əhaliyə 584,4 mln. manat həcmində pullu xidmətlər göstərilib, iyulda isə bu həcm 549,9 mln. manata enib. Müqayisə üçün bildirək ki, iyun ayında bu göstərici 537,1 mln. manata bərabər olub. Ümumiyyətlə, bu ilin yanvar-avqust aylarında əhaliyə 4,117 mlrd. manat dəyərində pullu xidmətlər göstərilib, bu isə illik müqayisədə 6,3% çoxdur.
Pullu xidmətlərin dəyərinin artması makroiqtisadi baxımdan müsbət göstəricidir, çünki əhalinin ödəmə qabiliyyətinin azalmamasından xəbər verir.