Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankında (ABB) yerləşdirilən əmanətlərin ümumi həcmi 2014-cü il avqustun 1-nə 1,593 mlrd. manat təşkil edib. Bu barədə “Report”a ABB-dən məlumat verilib.
Bankın məlumatına görə, iyul ayında əhalinin bankdakı əmanətlərinin həcmi son bir ayda 50 mln. manat və ya 3,2% artıb.
Eyni zamanda, ABB-nin məcmu depozit portfeli hesabat ayı ərzində 344 mln. manat və ya 10% artaraq 2014-cü il avqustun 1-nə 3,478 mlrd. manat təşkil edib.
Nəticədə, ABB-nin məcmu depozit portfelinin strukturunda əmanətlərin payı iyul ayı ərzində 3,4 faiz bəndi azalaraq 45,8%-ə düşüb.